top of page

Tərəvəz lobyası bitkisinin xəstəlikləri

Unlu şeh xəstəliyi

(Erysiphe communis Crev. f. phaeoli. Jack)

 

Bu xəstəliyə tutulan bitkinin yarpaqlarının üst hissəsində, gövdəsində və qınlarında ağ və ya una oxşar örtük əmələ gəlir. Sonradan bu örtük sıxlaşır və qalınlaşır, boz rəng alır. Onun üzərində göbələyin kleytotetcilərinin qara rəngli meyvə bədəncikləri əmələ gəlir. Onlar sonradan sıxlaşır, qalınlaşır və boz rəng alır. Həddindən artıq xəstələnmiş bitki orqanları kobudlaşır və məhv olur. Bu göbələklər, apressoliyaları vasitəsilə bitki orqanı üzərində toxuma yapışır, hüceyrənin daxilinə isə göbələyin qaustoriləri girir. Göbələyinkonidiləri rəngsiz, kleytotetsiləri şar şəklində olur. Bitkinin vegetasiyası dövründə xəstəlik göbələyin konidiləri vasitəsilə yayılır. Xəstəlik bitki qalıqları vasitəsi ilə yayılır (şəkil 1).   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Məhsul yığıldıqdan sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

3. Bitkinin vegetasiyası dövründə sahələrdə 80%-li kolloid kükürdün (Basf Kumulus) - 0,4%-liməhlulu ilə çiləmə aparmaq və 10%-li penkanazol (Iqc Almaz) - 0,4-0,6 l/ha, 25%-li azoksistrobin (Adama Azimut) -0,6 l/ha preparatlarından istifadə etmək lazımdır.

 

                Antraknoz xəstəliyi

(Colletotrichum lindemuthianum Br. et Cav.)

 

Bu xəstəliyə bitkinin yerüstü orqanları tutulur. Xəstəliyə tutulmuş ləpə yarpaqları və ləpə yarpaqları altındakı dirsək üzərində qara ləkələr əmələ gəlir və üzəri çəhrayı rəngə çalan örtüklə örtülür. Yarpaqlar, gövdə və saplaqlar üzərində qaraya çalan boz ləkələr əmələ gəlir. Bu xəstəliyə tutulmuş yarpaq asanlıqla çatlayır və ovulur. Qınların üzərində qırmızı-pas rəngli ziyillər əmələ gəlir (şəkil 2). Sonradan bu ziyillər böyüyür, tutqunlaşır və qının daxilinə doğru girərək qırmızı-qonur haşiyəli yaralar əmələ gətirir. Göbələk qının aralarından keçərək toxumu da zədələyir.Rütubət çox olan rayonlarda xəstəlik sürətlə inkişaf edir və dənli paxlalı bitkilərə böyük ziyan verir. Xəstəliyin mənbəyi xəstə toxumlar və bitki qalıqlarıdır. Göbələyin sporları yağış damcıları, külək və cücülər vasitəsilə yayılır.

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Toxum materialını 80%-li tiram (Hektaş Hektiram Forte) - 3-5 q/kqpreparatı ilə normasında dərmanlamaq.

3. Məhsul yığıldıqdan sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

4. Bitkinin vegetasiyası dövründə sahələrdə 1%-li Bordo məhlulu, 70%-li propineb (Hektaş Enercol) -2kq/ha, 50%-li benomil (0,6 kq/ha) və başqa preparatlar ilə çiləmə aparmaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pas xəstəliyi

(Uromyces phaseoli Rebent et Wint.)

 

Bu xəstəliyi törədən göbələklər birsahibli tüfeylidir. Göbələk bitkinin gövdəsini, yarpaqlarını, qınını zədələyərək çəhrayı-qəhvəyi yastıqcıqlar əmələ gətirir. Bu yastıqcıqlar inkişaf edərək tündləşir və qaralır. Göbələklər qışı bitki qalıqlarında teleytosporlar şəklində keçirir. Yaz aylarında teleytosporlar inkişaf edərək bazidosporlar əmələ gətirir. Bu sporlar isə bitkiləri xəstələndirir. Sonra göbələk etsidosporlar vasitəsilə yayılır. Pas xəstəliyindən bitkilər tam məhv olmur. Lakin xəstəlik kütləvi inkişaf etdiyi illərdə məhsuldarlığı 20-30% aşağı sala bilir (şəkil 3).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Bitkilərin növbələşməsinə əməl etmək.

2. Sahələrdə məhsul yığıldıqdan sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

3. Bitkilər çiçəkləyənə qədər 20%-li bordo bulamasının (Hektaş Bordo) - 1%-li məhlulu ilə çiləmə aparmaq.

4. Paxlalılar əkilən və ətrafdakı sahələrdə südləyənlər fəsiləsindən olan alaq otlarını məhv etmək.

 

Ağ çürümə xəstəliyi

(Sclerotinia sclerotiorum Boy)

 

Rütubətli havada lobyanın gövdəsi və qını üzərində iki cür ağ və boz çürümə müşahidə edilir. Ağ çürümə zamanı xəstə toxum üzərində pambıq kimi ağ rəngdə örtük əmələ gəlir (şəkil 4). Sonradan gövdədə və qında olan örtük üzərində iri qara rəngli sklerosidlər əmələ gəlir. Belə gövdə və qınlar sonradan bozarır və çürüyür. Boz çürümədə isə xəstə toxum üzərində boz rəngli kif örtüyü əmələ gəlir və onun üzərində kiçik sklerosidlər inkişaf edir. Xəstə gövdə və qının rəngi tutqunlaşır və yumşalır. Bu xəstəliyə tutulmuş qınlar zəif olur, məhsuldarlıq çox aşağı düşür və çox vaxt məhsul əmələ gəlmir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Toxumu sağlam bitkilərdən götürmək və onu yaxşı qurutmaq.

3. Məhsul yığıldıqdan sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

4. Sahədə dərin şum aparmaq.

5. Səpindən qabaq toxumu 80%-li tiram (Hektaş Hektiram Forte) -3-5 q/kq preparatı ilə normasında dərmanlanmaq.

 

Bakterioz (qonur ləkəlilik) xəstəliyi

 

Xəstəliyə bitkilərin cücərtiləri, yarpaqları, gövdəsi və qınları tutulur. Bu xəstəliyə tutulmuş toxumlar üzərində qəhvəyi-qonur və açıq-yaşıl rəngli kiçik ləkələr əmələ gəlir. Bəzi hallarda bu xəstəlik nəticəsində kapilyar su boruları tutulur və bitkinin soluxmasına səbəb olur. Bakteriyalar qışı toxumlarda və bitki qalıqlarında keçirir. Xəstəliyə tutulmuş yarpaqlar saralır və tökülür (şəkil 5). Bakteriyalar bitkilərə zədələnmiş yerlərdən və yarpaq ağızcıqları vasitəsilə daxil olur. Xəstəlik rütubətli və yağıntılı havada daha sürətlə inkişaf edir.

Xəstə toxumlarda bakteriyalar 3-5 il müddətində qala bilir və həyat fəaliyyətini saxlayır.

Noxud bitkisinin üç cür (böyük ləkəlilik, kiçik ləkəlilik və bacterial xərçəng) bakterial xəstəliyi vardır.

Böyük ləkəlilik – bu xəstəliyə bitkinin yarpaqlarında, gövdəsində və qınında təsadüf olunur. Xəstəliyə tutulan orqanlar üzərində yağlı haşiyə ilə əhatələnmiş iri, qəhvəyi rəngdə dairəvi ləkələr əmələ gəlir. Bəzən bu ləkələr birləşir.

Kiçik ləkəlilik – bu xəstəliyə tutulmuş bitkilər üzərində quru haşiyə ilə əhatə olunmuş açıq-qəhvəyi rəngdə çox kiçik ləkələr əmələ gəlir. Xəstə gövdə üzərində açıq-qəhvəyi və ya qırmızı-qəhvəyi zolaqlar əmələ gəlir. Sonradan bu zolaqlar tutqun rəng alır.

Bakterial xərçəng – bu xəstəlik zamanı bitkinin kökündə və ya kök boğazında əvvəlcə şəffaf-yumşaq, sonra isə tutqun və bərk ləkələr əmələ gəlir. Xəstə bitki saralır və bəzən məhv olur.

Xəstəliyin törədicisi bitki orqanlarına, yarpağın ağızcıqlarına və bitkidə əmələ gələn yaralara keçir. Xəstəlik qida borusu vasitəsilə qına keçir və dəni youxdurur. Belə dənlər üzərində basıq ləkələr müşahidə edilir. Yoluxma mənbəyi toxum, bitki qalıqları və torpaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri:

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Məhsul yığıldıqdan sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

3. Sahədə dərin şum aparmaq.

4. Toxumu sağlam bitkilərdən yığmaq, səpin qabağıtoxumu 80%-li tiram (5 q / kq)preparatı ilədərmanlanmaq.

 

Adi yaşıl mozaika xəstəliyi

 

Bu xəstəliyə bütün paxlalı bitkilər tutulur. Xəstəliyin başlanğıcında yarpaqlar yaşıllığını itirir, kobudlaşır və bükülür (şəkil 6).

Xəstə yarpaqların saplaqları qısalır. Yarpaqlar üzərində qovuqvarı qabaqcıqlar əmələ gəlir. Xəstəliyin təsiri nəticəsində bitki inkişafdan qalır. Adi mozaika xəstəliyi bitkinin vegetasiyası dövründə bitki şirəsi və eləcə də müxtəlif növ mənənələrvasitəsilə yayılır.

Xəstəliyin təsiri nəticəsində məhsuldarlıq aşağı düşür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri:

1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə paxlalı bitkiləri 3-4 ildən sonra əkmək məsləhətdir.

2. Toxumçuluq sahəsi adi səpinlərdən azı 1 km aralıda yerləşdirilməlidir.

3. Toxum ancaq sağlam bitkilərdən götürülməlidir.

4. Xəstəliyin keçiriciləri olan mənənələrə qarşı mübarizə aparılmalıdır.

Sarı mozaika xəstəliyi

Adi mozaikada olduğu kimi, bu xəstəlikdə də yarpaqlarda burulma gedir. Yarpaq saplağı birləşdiyi yerdən bükülməyə başlayır.

Xəstə yarpaqların səthi hamarlığını itirir və yarpaq səthi açıq-sarı ləkələrlə örtülür. Belə yarpaqlar kövrək olur, sonradan onlar tədricən saralır və üzəri çillərlə örtülür. Bu xəstəliyə tutulmuş bitkilər sürətlə inkişafdan qalır, buğum araları qısalır, bitki kol forması alır. Virus bitki şirəsi və mənənələr vasitəsilə yayılır. Virusun toxumlarla yayılma ehtimalı vardır.

Xəstəliyin təsiri nəticəsində məhsuldarlıq aşağı düşür. Bu xəstəliyə lobya, noxud, xəşənbül (ballı yonca), paxlalı yem bitkiləri, üçyarpaq yonca, acı paxla bitkiləri tutulur.

 

 Mübarizə tədbirləri.

Adi mozaika xəstəliyinə qarşı aparılan kimidr.

 

LOBYA BİTKİSİNİN ZƏRƏRVERİCİLƏRİ

 

1. Lobya dənyeyəni (Acanthoscelides odseletus Say.)

2. Beşnöqtəli uzunburun

3. Paxla odlucası (Etiella zinckenella Tr.)

 

Lobya dənyeyəni​

 

Bədən formasına görə noxud dənyeyəninə oxşayır. Yetkin mərhələdə torpaqda, anbarlarda, digər gizli yerlərdə qışlayır. Böcəklər sahələrdə lobya bitkisinin çiçəklənməsinin sonunda və qın əmələ gəlmə dövründə görünməyə başlayır (şəkil 7). Dişilər öz yumurtalarını lobya qınının üzərinə, yarpaqlarına topa halında (hər topada 20-40 olmaqla) qoyurlar. Bir dişi fərd 100-dən çox yumurta qoya bilər. Yumurtadan çıxan sürfələr dənin içinə girir və orda qidalanırlar. Sürfələr 5 dəfə qabıq dəyişdikdən sonra dənin içində puplaşırlar. Puplardan çıxan böcəklər dənin üzərində əmələ gətirdikləri dairəvi deşikdən bayıra çıxırlar. Lobya ilə birlikdə anbara düşən böcək öz inkişafını davam etdirmək üçün orada yumurta qoyur və əmələ gələn sürfələr dənin içinə girib orada qidalanırlar. Bir lobya dənində 20-30 böcək sürfəsi inkişaf edə bilər, nəticədə anbarda olan lobya toxumu tamamilə məhv olur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan şəraitində bu növün ildə bir neçə dəfə nəsil verdiyi güman olunur.

Lobyanın bütün sortlarına kütləvi, noxud, mərcimək, çöl noxudu və s. paxlalı bitkilərə isə az zərər verir.

 

Mübarizə tədbirləri.

1. Anbarlarda toxumu zərərsizləşdirmək üçün brometil (30-100 q/m3), 550 q/l dixlofos (15ml/100m3, 100m3 üçün 1 litr su istifadə olunur) preparatları ilə dezinfeksiya aparmaq lazımdır.

2. Sahələrdə 65%-li malation (Hektaş Hekthion) preparatı ilə 1,5 l/ha normasında məhsul yığımına 30 gün qalmışa qədər çiləmə aparmaq lazımdır.

3. Ərzaq noxudunu zərərsizləşdirmək üçün dəni toxum qurudulan yerlərdə 1,5 saat müddətində 55-600 C-də qızdırmaq lazımdır.

Beşnöqtəli uzunburun

 

Ölçüsü 3,5-5 mm uzunluqdadır, darçını rəngindədir. Yumurtası ağ rəngdədir, uzunsovdur, 1 mm böyüklükdədir. Sürfəsi ağımtıl-krem rəngində 6-7 mm-dir. Yetkin mərhələdə bitki qalıqları və torpağın üst qatında qışlayır. Yazda böcəklər bitkilərin yarpaq, qönçə, gövdə və qını üzərində qidalanır və orada çoxalır. İldə bir nəsil verir (şəkil 8).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Faraş səpin aparılmalı və torpağı vaxtında becərməli.

2. Səpindən qabaq toxum materialı80%-li tiram (Hektaş Hektiram Forte) -3-5 q/kq toxuma preparatları ilə dərmanlanmalı.

3. Sahələrdə məhsul yığımına 20-30 gün qalmışa qədər 65%-li malation (Hektaş Hekthion) - 1,5 l/ha, 10%-li alfa sipermetrin (Hektaş Supertakımetrin) - 0,5 l/hapreparatları ilə çiləmə aparmaq.

 

Paxla odlucası

(Etiella zinckenella Tr.)

 

Kəpənəyin qanadları açılmış halda 25 mm-dir. Ön qanadları qonur, arxa qanadları isə açıq boz rəngdədir. Yaşlı tırtıl mərhələsində torpaqda barama içərisində qışlayır. Paxla odlucasının birinci nəsil tırtılları birillik paxlalı bitkilər, paxlalı alaq otları  və sarı akasiyanın paxla qınları ilə qidalanır. İkinci nəslin tırtılları isə soya və akasiya bitkisinin qınları ilə qidalanır. Dişi kəpənəklər 600-ə qədər yumurta qoya bilirlər. Tırtıllar qının içində qidalanır, bir qından o birinə keçir, onları yeyir və məhv edir. Tırtılların inkişafı 25-40 gün çəkir (şəkil 9).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paxla odlucasının tırtılları lobya, noxud, mərcimək, lərgə, yonca, sarı və ağ akasiya bitkilərinə zərər verir.

 

Mübarizə tədbirləri.

1. Zərərvericinin qış ehtiyatını məhv etmək üçün məhsul yığıldıqdan sonra sahə dərin şumlanmalı və qışda suvarılmalıdır.

2. Kəpənəklərin yumurta qoyması və tırtılların çıxdığı dövrdə sahələrdə 65%-limalation (Hektaş Hekthion) - 3,0-4.0 l/ha, 2,5%-li deltametrin (Hektaş Deltharin) - 0,3-0,5 l/ha preparatları ilə çiləmə aparmaq.

1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.1.jpg
bottom of page