top of page

1. Azərbaycanda xəstəliklərdən azad (sağlam) kartof toxumçuluğunun inkişaf etdirilməsi (TCP/AZE/3402, Yanvar 2013-Dekabr 2014). BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında icrası qeyd olunan texniki yardım layihəsi çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda müasir avadanlıqlarla təchiz olunmuş biotexnologiya laboratoriyası yaradılmışdır və modern tipli istixana inşa edilmişdir. Laboratoriya (in vitro) və istixana şəraitində kartofun toxuma kulturasından mərhələli şəkildə virus xəstəliklərindən azad toxum materialı yetişdirilmişdir və təsərrüfatlarda artırılması istiqamətində lazimi tədbirlər görülməkdədir. Eyni zamanda, layihənin icrası nəticəsində yerli fermer təsərrüfatları üçün nəzərdə tutulmuş bir neçə tövsiyələr nəşr olunmuşdur.
2. Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması (GCP/RER/006/TUR, Noyabr 2014-Noyabr 2016). BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında ölkədə ekoloji təmiz tərəvəz məhsul istehsalının stimullaşdırılması və onun bazarının yaradılması istiqamətində ekoloji təmiz məhsul yetişdirilməsi və ondan sertifikatlaşdırılmış qida məhsulunun alınması məqsədi ilə pilot layihə yerinə yetirilmişdir. Hal-hazırda layihənin davam etdirilməsi istiqamətində işlər aparılır.
3. Azərbaycanda tərəvəz və kartof bitkiləri üzrə toxumçuluq müəssisəsinin yaradılması. Layihənin aşağıdakı istiqamətlərdə icrası nəzərdə tutulmuşdur:
Azərbaycan bazarında güclü təlabata malik olan, o cümlədən ərzaq təhlükəsizliyi baxımdan əhəmiyyət daşıyan tərəvəz bitkiləri üzrə yüksək məhsuldar toxumlar əldə etmək;
Azərbaycanın müxtəlif zona və iqlimlərinə uyğun bitkilərin seleksiyasını təmin etmək;
ilboyu istixanalarda və mövsümi olaraq açıq sahələrdə seleksiya işlərini aparmaq;
yerli fermerləri sərfəli qiymətə keyfiyyətli toxumla təmin etmək;
toxumçuluq sahəsində yüksək keyfiyyətli yerli bilik bazası yaratmaq, o cümlədən ən müasir aqronomluq təcrübələrini təmin etmək;
toxumçuluqdan bitkiçiliyə qədər müasir kənd təsərrüfatı üçün təlim və tədris infrastrukturu yaratmaq.
bottom of page