TETİ və onun tabeli qurumlarının yaradılmasının 
                           ə s a s  m ə q s ə d i

Tərəvəzçilik ET İnstitutunun yaradılmasında  əsas məqsəd ölkədə tərəvəzçiliyin inkişafının etibarlı təminatı üçün, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı, müxtəlif vaxtlarda yetişən tərəvəz, bostan və kartof sortlarının yaradılması və onun istehsalata tətbiqidir. Həmçinin, institut yüksək və getdikcə artan tərəvəz məhsulu becərilməsini təmin edən kompleks aqrotexnologiyaların işlənib hazırlanması, bölgələrdə torpaqların münbitliyini sabit saxlamaq və yaxşılaşdırılması üçün əlverişli sələf bitkilərinin əsasında növbəli əkin sistemlərinin hazırlanması, tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki köməklik etmək, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasını öyrənmək, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqinə və geniş yayılmasına metodiki rəhbərlik göstərməkdən ibarətdir.
Strurktur etibarı ilə institut elm və istehsalat şəbəkələrindən ibarətdir. Elm  şəbəkəsinə tədqiqat işləri ilə məşğul olan şöbə və laboratoriyalar, istehsalat şəbəkəsinə isə 3 bölgə zona təcrübə stansiyası (Lənkəran BZTS-faraş tərəvəzçilik zonası, Qusarçay  BZTS-inkişaf etmiş konserv sənayesi zonası, Tovuz BZTS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron Yardımçı Təcrübə Təsərrüfatı) daxil olub, geniş tədqiqat işlərinin aparılmasını təmin edir.
1. Abşeron Yardımçı Təcrübə Təsərrüfatının yaradılmasında əsas məqsəd Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış yeni tərəvəz və bostan sortlarının sınağının keçirilməsi və ilkin toxumçuluğunun həyata keçirilməsidir.
2.  Lənkəran Bölgə Zona Təcrübə Stansiyasının yaradılmasında əsas məqsəd respublikada faraş tərəvəzçiliyin təşkili və inkişaf etdirilməsidir.
3.     Qusarçay Bölgə Zona Təcrübə Stansiyasının yaradılmasında əsas məqsəd tərəvəz emalı sənayesi üçün yararlı olan yeni sortların sınağının keçirilməsi və ilkin toxumçuluğunun təşkilidir.
4.   Tovuz Bölgə Zona Təcrübə Stansiyasının yaradılmasında əsas məqsəd yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı yeni kartof sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkilidir.
5.   Şəmkir Dayaq Məntəqəsinin yaradılmasında əsas məqsəd Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış yeni kartof sortlarının sınağının keçirilməsi və ilkin toxumçuluğunun təşkilidir. 

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png