Tərəvəz toxumlarının emalı prosesi

Hasilat maşını və elevator
Tərəvəzlər elevator vasitəsilə doğrayıcıya ötürülür. Məhsulun toxumu və lətini ayırır.

Quruducu maşın 

Dezinfeksiya olunmuş nəm toxumları barabanlarda quruducuya yerləşdirilir. Təyin olunmuş vaxt və temperaturdan asılı olaraq qurudulur.

Sentrifuqa 

Məhsul ilkin ayrılmadan keçdikdən sonra lət qarışıq toxumlar sentrafuqa da suyundan ayrılır.

Dezinfeksiya maşını

Homogenizə edilmiş toxumlar su və dezinfeksiya edici məhlullar əlavə edilərək barabanlarda yüksək təzyiqlə yuyulur.

Çox kabinli quruducu

Sentrafuqadan nəm halda çıxan toxumlar quruducu kabinlərdə torbalara yığılaraq  tam quru vəziyyətə gətirilir.

Qarışdırıcı

Qurudulmuş toxumlar qarışdırıcıda homogenləşdirilir. 

Fırçalama maşını

İnfeksiya və göbələklərdən qorumaq üçün toxumu fırçalayır. (Yalnız pomidor toxumları üçün.)

Hava-ələk maşını 

Üç növ ələk vasitəsilə müxtəlif ölçülü toxumlar ayrı-ayrı qablara avtomatik olaraq tökülür. Yüksək təzyiqli hava isə yüngül toxumları digər qaba ayırır

Silindirik blok 

Deformasiya olunmuş  və istifadəyə yararlı toxumları bir-birindən ayırır. (Yalnız kahı toxumu üçün)

Odadavamlı döşəməsi olan quruducu 

Astarlama prosesindən sonra 100 kq-a qədər toxumu qurudur.

Astarlama cihazı

Toxumun dərmanlanması və astarlanması üçün avtomatik fırlanan qurğu. 

Qravitasiya masası

Laboratoriya üçün qravitasiya ayırıcısı artıq eni, uzunluğu və qalınlığına görə çeşidlənmiş az miqdarda toxum üçün nəzərdə tutulur.

Toxum sayan aparat

İnsan gözü prinsipi ilə işləyir və üç görmə dalğa uzunluqlarının- qırmızı, yaşıl və göy birləşməsi vasitəsilə rəng fərqlərini təyin edir. 

Paketləmə aparatı

İçərisinə tərəvəz toxumları doldurulmuş xüsusi materialdan olan toxum qabları paketlənir. 

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png