
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun əsas məqsədi və vəzifəsi tərəvəzçiliyin dinamik inkişafını təmin edən müasir səviyyəli kompleks proqramların işlənib həyata keçirilməsindən, qazanılmış elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqi və geniş yayılması sahəsində tərəvəzçiliklə məşğul olan təsərrüfat sahələrinə lazımi elmi-metodiki köməklik göstərməkdən ibarətdir.
Həmçinin, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun yaradılmasında əsas məqsədlərdən biri də ölkədə tərəvəzçiliyin inkişafının etibarlı təminatı üçün, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı, müxtəlif vaxtlarda yetişən tərəvəz, bostan və kartof sortlarının yaradılması və onun istehsalata tətbiqidir. Həmçinin, İnstitut yüksək və getdikcə artan tərəvəz məhsulu becərilməsini təmin edən kompleks aqrotexnologiyaların işlənib hazırlanması, bölgələrdə torpaqların münbitliyini sabit saxlamaq və yaxşılaşdırılması üçün əlverişli sələf bitkilərinin əsasında növbəli əkin sistemlərinin hazırlanması, tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki köməklik etmək, müxtəlif tərəvəz növlərinin emal texnologiyasını öyrənmək, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqinə və geniş yayılmasına metodiki rəhbərlik göstərməkdən ibarətdir.
İnstitutun əsas vəzifələrindən biri də tərəvəz, bostan və kartof sortlarının genefond materiallarının toplanıb saxlanması və onların bərpasını həyata keçirtməkdən ibarətdir.
Həmçinin, İnstitut tərəvəzçilik elmi üzrə müxtəlif istiqamətlərdə kadr hazırlığını həyata keçirir.