
Rəhbərlik

Hikmət Nəsibov
İdarə Heyətinin sədrinin səlahiyyətlərini müvvəqəti icra edən
Nəsibov Hikmət Nəsir oğlu 07 aprel 1975-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Əzizli kəndində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra 1996-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının «Meyvə, tərəvəzçilik və üzümçülük» fakültəsini bitirərək «Alim aqronom» ixtisasına yiyələnmişdir.
2013-cü ildə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi yanında Ali Attestasiya Komissiyasının, 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə «Tərəvəzçilik» ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Rusiya Federasiyasında 2001-2003-cü illərdə OOO “Pilar Vet-Farm” şirkətində direktor köməkçisi, 2003-2010-cu illərdə OOO “Vetsfera” şirkətində baş direktor, 2010-2013-cü illərdə 2016-2018-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. Azerbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tərəvəzçilik ixtisası üzrə Dosent elmi adı verilmişdir.
22 aprel 2019-cu il tarixdən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini,2019-cu il 26 avqust tarixindən İnstitutun İdarə Heyətinin sədrinin istehsalat üzrə müavini vəzifəsində çalışır.

Ələmdar Əsgərov
Sədr müavini
Əsgərov Ələmdar Tağı oğlu 1958-ci ilin 10 avqustunda Kürdəmir rayonunun Muğanlı kəndində doğulmuşdur. O, 1979-cu ildə S.Ağamlıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakultəsinin əyani şöbəsinə daxil olmuşdur. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmiş, təyinatla Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutuna göndərilmiş və orada kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ildə institutun nəzdində fəaliyyət göstərən aspiranturanın “Tərəvəzçilik” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, “Əsas soğan bitkilərinin (baş soğan, kəvər və sarımsaq) müqayisəli fotosintez fəaliyyəti və məhsuldarlığı” mövzusunda namizədlik dissertasiyası yazmışdır. 1987-ci ildə oranı bitirdikdən sonra yenidən həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmış, 1990-ci il aprelin 5-də namizədlik dissertasiyası müdafiə edərək “ Bitki fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra böyük elmi işçi vəzifəsində çalışmışdır. 1993-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.
2015-ci il 02 oktyabr tarixindən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, 2019-cu il 26 avqust tarixindən İnstitutun İdarə Heyətinin sədrinin elmi işlər üzrə müavini vəzifəsində çalışır.


