GENOFOND TOXUM MATERİALLARI VƏ  ONLARIN SAXLANMASI

   Ölkənin mövcud, zəngin və çeşidli bitki genofondunun vaxtaşırı toplanması, bərpası, inventarlaşdırılması, artırılması, öyrənilməsi, sənədləşdirilməsi və gələcək nəsillər üçün olduğu kimi saxlanması dövrümüzün aktual problemlərindəndir. Onların düzgün həlli və gələcək fəlakətlərdən yeganə xilas yolu genetik eytiyatların qorunub  mühafizə edilməsidir.
2018-ci ildə institutda tərəvəz, bostan və kartof bitkilərinin genofond materiallarının toxumları hər il olduğu kimi,  növlər üzrə yeniləşdirilmiş, siyahı tərtib edilmiş və lazımı şəraitdə saxlanılmişdir. Bitki sortları üzrə genofond materiallarının toxumları əsasən laboratoriyalarda, adi otaq şəraitində saxlanılır. Bu isə toxum materiallarının keyfiyyətinə əks təsir edir. Odur ki, toxumların saxlanması üçün genetik ehtiyatların saxlanması tələbinə cavab verən xüsusi otaqlar olmalıdır. İnstitutun yeni tikilən inzibati binasında genefondun saxlanılması üçün nəzərdə tutulan xüsusi otaq ilin sonuna kimi hazırlanacaqdır.
İnstitutda bu işə Genbank işləri və məlumat bazası üzrə Ekspert şurasının üzvü, örtülü sahə laboratoriyasının müdiri, a.e.d. Əlisoltan Babayev rəhbərlik edir.
      Hal-hazırda olan məlumata əsasən ayrı-ayrı bitki sortları üzrə 1000-dən çox nümunə mövcuddur.

Dünya Tərəvəzçilik Mərkəzindən, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq institutundan, İndoneziyadan, Beynəlxalq Kartofçuluq Mərkəzindən, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik İnstitutundan, Ümumrusiya Bitkiçilik İnstitutundan, Ümumrusiya Elmi-Tədqiqat Tərəvəz Bitkilərinin Seleksiyası və Toxumçuluq İnstitutundan və s. gətirilən  tərəvəz, bostan və kartof bitkilərinin ayrı-ayrı sortnümunələrinin Tərəvəzçilik Elmi Tədqiqat  İnstitutunda sınaqdan keçirilməsi dünya dövlətləri ilə elmi əməkdaşlığın ildən ilə genişlənməsinə və genofondun artmasına səbəb olur.

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png