Tərəvəzçilik ET İnstitutunun yaranmasından 55 il ötür
Respublikamızda kənd təsərrüfatının ən vacib sahələrindən biri kimi tərəvəzçiliyin daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin 06 may 1965-ci il tarixli 298 nömrəli qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılmışdır. İnstitut 1994-cü ildən “Tərəvəz-Toxum” Elm İstehsalat Birliyinə çevrilmiş, 2000-ci ildən isə yenidən Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarı ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
Tərəvəzçiliyin elmi əsaslarla inkişaf etdirilməsində İnstitutun əhəmiyyətli rolu olmuşdur. Bu proses indi daha da sürətli, müasir səviyyədə, tamamilə yenilənmiş maddi-texniki baza və müasir çağırışların tələblərinə uyğun olaraq davam edir.
Bayramınız mübarək əziz tərəvəzçilər..