top of page
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə RTRM ilə birgə işlər aparır
Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qax şəhərində yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi arasında 17 may 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış pomidor və badımcan bitkilərinin sortlarının institutun istixanasında yetişdirilmiş şitillərinin “Mərkəz” də əkini keçirilmişdir.
Əkin zamanı İnstitut tərəfindən istehsalat üzrə direktorun müavini Hikmət Nəsibov,“Mərkəz” tərəfdən isə direktor, professor Amin Babayev və “Mərkəz”in digər əməkdaşları iştirak etmişlər. Əməkdaşlıq müqavilə üzrə davam etdirilir.
bottom of page