Azərbaycanda Ekoloji təmiz (orqanik) tərəvəz məhsullarının istehsalı zəncirinin reallaşdırılması

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi arasında 22 aprel 2019-cu il tarixində qəbul edilmiş anlaşma memorandumu və bağlanılmış əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycanda Ekoloji təmiz (orqanik) tərəvəz məhsullarının istehsalı zəncirinin reallaşdırılması qarşıya  məqsəd kimi qoyulmuşdur. 
Hal-hazırda “Mərkəz”-in Qax rayonunda yerləşən təcrübə sahələrində Tərəvəzçilik Elmi-İnsitutunun alimlərinin yaratdığı və təqdim etdiyi 10 pomidor, 2 xiyar, 2 bibər və 2 badımcan sortları üzrə sınaq təcrübələri aparılır. Təcrübələrin məqsədi bitkilərin veqetasiya dövründə torpaqda müxtəlif ekoloji gübrələrin tətbiqi şəraitində qida rejimlərinin öyrənilməsi, xəstəlik və zərərvericilər müşahidə olunduğu halda isə yerli fitonsidli bitkilərdən hazırlanmış ekoloji təhlükəsiz cövhərlər, həlimlər və məhlulların sınaqdan keçirilməsidir.

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png