
Bərdə rayonunda fermerlərə “Tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il üçün Təlim Planına uyğun olaraq Bərdə DAİM-in təşkilatçılığı ilə 30 may 2019- cu il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi İradə Əliyeva tərəfindən Bərdə rayonunda tarla şəraitində fermerlərə “ Tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması ” mövzusunda təlim keçirilmişdir.
İlk öncə İ. Əliyeva Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni yaradılmış müasir şərait, o cümlədən istixanalar kompleksi və burada aparılan tədqiqat işləri ilə bağlı təlim iştirakçılarını məlumatlandıraraq çıxış etmişdir. 2 saat müddətində tarla şəraitində davam etmiş təlimdə müzakirələr aparılmışdır və iştirakçıların sualları əhatəli şəkildə cavablandırılmışdır.









