top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun əməkdaşı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Kənd Təsərrüfatı üzrə Beynəlxalq Araşdırma və Təlim Mərkəzində ezamiyyətdə olmuşdur

IMG_9379.JPG

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Becərmə texnologiyası laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. İbrahimov Əli Həsən oğlu iyul ayının 2-dən-31-dək Türkiyənin İzmir şəhərində yerləşən Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Kənd Təsərrüfatı üzrə Beynəlxalq Araşdırma və Təlim Mərkəzində ezamiyyətdə olmuşdur.
 Ezamiyyət dövründə təlimlər Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Kənd Təsərrüfatı üzrə Beynəlxalq Araşdırma və Təlim Mərkəzində, İzmir Qida Nəzarəti Laboratoriyasında keçirilmişdir. Kənd Təsərrüfatı üzrə Beynəlxalq Araşdırma və Təlim Mərkəzinin Torpaq, bitki, gübrə və su analizləri laboratoriyasının ayrı-ayrı bölmələrində təsdiq olunmuş proqram üzrə torpaq, bitki və gübrələrin fiziki və kimyəvi xassələrinin təyini üzrə nəzəri və praktiki biliklər verildi. Təlim müddətində İCP-OES (mikro və makro elementlərin təyini), KjelFlex-360 (azot və protein təyini), flame photometer (kaliumun təyini), Spectrophotometer (fosforun təyini), orqanik karbon, tarla su tutumu, torpaqların qranulometrik tərkibinin təyini üzrə istifadə olunan cihaz və avadanlıqlarda praktiki işləmək bacarıqları öyrədilmişdir.
Təlim müddətində həmçinin İzmir Qida Nəzarəti Laboratoriyasında qida və bitki qalıqlarında pesdisid qalıqlarının təyini üzrə GS-MS, LS-MS (Mass Spectrofotometr) cihazlarının iş prinsipi, nümunələrin hazırlanması, nümunələrin qeyd olunan cihazlarda oxunması və s. mövzularda təlimlər keçirilmiş, həmçinin həmin cihazlarda sərbəst işləmək üçün lazımi şərait yaradılmışdır. Təlim müddətində qeyd olunan mərkəz ilə qarşılıqlı əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılamsı və s. mövzularda fikir mübadiləsi aparılmışdır. Təlimin sonunda mərkəzin rəhbərliyi tərəfindən sertifikatın təqdim edilməsi mərasimi keçirilmişdir. Mərasimdə 1 ay müddətində keçirilən təlimlərin uğurla başa çatması, həmçinin gələcəkdə hər iki müəssisənin birgə fəaliyyətinin zəruriliyi vurğulanmışdır.

bottom of page