top of page

Hacıqabul DAİM-də “Pomidor, badımcan və bibər tərəvəz bitkilərinin becərilməsində şitillərin yetişdirilməsi və qulluq” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təlim qrafikinə uyğun olaraq 23 aprel 2019-cu il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Ramil Nəbiyev tərəfindən fermerlərə Hacıqabul DAİM-də “Pomidor, badımcan və bibər tərəvəz bitkilərinin becərilməsində şitillərin yetişdirilməsi və qulluq” mövzusunda təlim keçirilmişdir. Hacıqabul DAİM-in rəhbərliyi tərəfindən təlimə açılış edildikdən sonra R.Nəbiyev ilk öncə iştirakçılara Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsaslı şəkildə yenidən qurulan inzibati binası, binada müasir avadanlıq və cihazlarla təchiz olunmuş şöbə və laboratoriyalar, eyni zamanda “Kartof və tərəvəz istehsalı” kompleksi haqqında giriş xarakterli məlumat vermişdir. Sonra 2 saat müddətində davam edən təlim zamanı institutda aparılan tədqiqat işləri, müasir istixanalarda şitillərin yetişdirilməsi, onlara edilən qulluq qaydaları və digər məsələri özündə əks etdirən təqdimatla çıxış etmişdir. Mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır və fermerlər tərəfindən verilən suallar əhatəli şəkildə cavablandırılmışdır.



bottom of page