Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutları arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutları arasında 20 iyun 2019-cu il tarixdə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Müqavilədə əməkdaşlığın əsas istiqamətləri və tərəflərin öhdəlikləri müəyyən edilmişdir.  Əməkdaşlığın istiqamətlərindən biri hər iki institutda biotexnoloji tədqiqatların keyfiyyətini yüksəltmək məqsədilə dünya təcrübəsindən səmərəli istifadə etmək, mütamadi olaraq alim və mütəxəssislərin iş birliyinə nail olmaqdan ibarətdir. Digər istiqamət Abşeron şəraiti üçün ənənəvi və əhəmiyyətli olan zəfəran bitkisi üzrə tədqiqatları müştərək şəkildə həyata keçirmək və bu sahədə qarşılıqlı əməkdaşlıq etməkdən ibarət olmuşdur.
Müqavilənin imzalanması prosesində hər iki institutun alim və mütəxəssisləri eyni zamanda Amerikanın Masaçuset universitetində çalışan professor Nazim Məmmədov iştirak etmişdir. O, çalışdığı universitetdə biotexnologiya sahəsində aparılan tədqiqat işləri haqqında ətraflı məlumat vermiş və alimlərin suallarını cavablandırmışdır.
Müqaviləni Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən direktor Elmar Allahverdiyev, Meyvəçilik və Çayçılıq institutu tərəfindən isə İlham Qurbanov imzalamışdırlar.

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png