top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu  ilin ən yaxşı müəssisəsi adına layiq görülmüşdür

IMG_5646-12-06-19-02-50.JPG

İyunun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsinin 2018-ci il qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Tədbiri AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq giriş nitqi söyləyib.
Çıxışının sonunda S. Möhbalıyev «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətlərə görə tədbir iştirakçıları adından və şəxsən öz adımdan təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış ediblər.
 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı mükafatına layiq görülüb 

Sonda tədbirin digər qaliblərinə mükafatlar təqdim edilib.

bottom of page