Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  Qax şəhərində yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi arasında 17 may 2019-cu il tarixdə Əməkdaşlıq Müqaviləsi imzalanmışdır.

20190517_170701.jpg

Müqavilədə əməkdaşlığın əsas istiqamətləri müəyyən edilmiş və bu istiqamətlər əsasında tərəflər öz üzərinə öhdəliklər götürmüşlər.
Müqavilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar  Allahverdiyev və AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru prof. Amin Babayev tərəfindən imzalanmışdır. Müqavilənin imzalanması prosesində KTN-nin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdirinin müavini Fərman  Kərimov da iştirak etmişdir.
Müqavilədə XXI əsrdə biosferə gündən-günə artan antropogen təzyiqlər fonunda qlobal ekoloji tarazlığa dəstək olaraq tərəvəzçilikdə ənənəvi istehsal sisteminə alternativ olan ekoloji (orqanik və ya bioloji) istehsal sisteminə keçid nəzərdə tutulmuşdur.
Belə ki, ekoloji təmiz kənd təsərrüfatı torpağın, ekosistemin və insanların sağlamlığını dəstəkləyən yeni bir istehsal sistemi olub, əsas məqsədi ətraf mühiti qorumaq naminə ənənələri, yenilikləri və elmi bir sırada birləşdirməklə ədalətli münasibətlər və həyat tərzinin keyfiyyətinin yüksəldilməsidir.
Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi ölkədə ekoloji təmiz məhsulların istehsalının artırılmasına, əhalinin sağlamlığının qorunmasına, torpaqların münbitliyinin bərpasına, onların deqradasiyasının qarşısının alınmasına, məhsuldarlığın və məhsul istehsalının həcminin və keyfiyyətinin yüksəldilməsinə, idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin edilməsinə və ixracyönümlü, rəqabətqabiliyyətli  ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə əsaslı zəmin   yaradacaqdır.

To play, press and hold the enter key. To stop, release the enter key.