top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 29 mart 2019-cu il tarixdə “Aqrar sahə müasir yeniliklərin bir addımında” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

IMG_3935.JPG

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 29 mart 2019-cu il tarixdə “Aqrar sahə müasir yeniliklərin bir addımında” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

İnstitutun direktoru Elmar Allahverdiyev konfransı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamladı.

O, qeyd etdi ki, Azərbaycan Dövlətinin qayğısı və dəstəyi nəticəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna hər cür şəraiti olan inzibati laboratoriya  binası tikilib istifadəyə verilmişdir. İndi alim və mütəxəssislərimizin işləməsi üçün müasir texniki avadanlıqlarla təhciz olunmuş laboratoriyalarımız mövcuddur.

Sonra konfransda iştirak edən AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, KTN Aqrar Elm və İnnovasiya Mərkəzinin Elm təşkili və kondinasiyası şöbəsinin müdiri Faiq Xudayev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Heydərov konfransın mövzusu ətrafında geniş çıxış edərək bu gün aqrar sahədə innovasiyaların tətbiqinin son dərəcə vacib və önəmli olduğunu qeyd etdilər.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasının müdiri Şəban Maxsudov “Biotexnologiya üsullarından istifadə etməklə kartof bitkilərindən sağlam əkin materialının alınması” mövzusunda çıxış edərək bu üsulun tətbiqi nəticəsində respublikamızın sağlam kartof toxumuna olan ehtiyacının ödənilməsində böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.

Genetik Ehtiyatlar İnstitutunun Tərəvəzçilik şöbəsinin müdiri Sabir Həsənov, həmin institutun elmi katibi Səidə Şərifova, Virusologiya qrupunun rəhbəri Eldar Mustafayev də mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildirdilər.

Daha sonra konfrans iştirakçıları İnstitutun ərazisində tikilmiş toxumçuluq istixanaları  ilə tanış oldular. Burada həyata keçirilən tədqiqat işləri ilə bağlı məlumat verildi.       

bottom of page