top of page

Kənd Təsərrüfatı Nazirliyi Risklərin idarə edilməsi komitəsinin təşkilatçılığı ilə 16 may 2019-cu il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda növbəti iclas keçirilmişdir.

20190516_110311.jpg

Kənd Təsərrüfatı Nazirliyi Risklərin idarə edilməsi komitəsinin təşkilatçılığı ilə 16 may 2019-cu il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda növbəti iclas keçirilmişdir. İclasda Kənd Təsərrüfatı Nazirliyi sistemində olan Elmi Tədqiqat İnstitutlarının və təcrübə stansiyalarının məsul əməkdaşları, bitkiçilik üzrə ekspert qrupları iştirak etmişdilər.
Burada bitkiçilik üzrə ekspert qrupunun rəhbəri Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru, texnika üzrə fəlsəfə doktoru Mehman İsmayılov, həmin institutun şöbə müdiri, aqrar elmlər doktoru Vüqar Səlimov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev, laboratoriya müdiri Hafizə Nurəddinova, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov, böyük elmi işçisi Afət Hüseynova, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Bitki mühafizəsi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ehtibar İbrahimov, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Əsgərov, İstehsalat üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Hikmət Nəsibov, Örtülü sahə laboratoriyasının müdiri, aqrar elmlər doktoru Əlisoltan Babayev, Kartofçuluq şöbəsinin müdiri Ağaməhəmməd Alosmanov, İnteqrir mübarizə texnologiyaları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mahir Mustafayev, Aqrokimya laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Şakir Quliyev, becərmə texnologiyası laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru  Dağıstan Şabandayev, Bitki mühafizəsi və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi Vüsalə Əliyeva və həmin institutun böyük elmi işçisi Ceyhun İbrahimov iştirak etmişlər.
Çıxış edənlər ölkəmizin riskli əkinçilik zonasında yerləşdiyini, qlobal iqlim dəyişkənliyi (havaların mövsüm normalarına uyğun keçməməsi, anomal istilər, quraqlıq və s.),  əkin sahələrinin məhdudluğu, torpaqların bəzi hallarda əkin dövriyəsindən çıxarılması, münbitliyinin azalması, istehsal vasitələri və suvarma suyu ilə davamlı təminatın olmaması, istehsal vasitələri (texnika, gübrə, texnoloji avadanlıqlar, enerji resursları, pestisid və s.) ilə məhsulların satış qiymətinin artımı arasında kəskin disbalansın olması, istehsalçıların maliyyə imkanlarının məhdudluğu kimi risk və təhlükələrin mövcudluğunu qeyd etdilər.
Aqrar sahənin bir çox proqnozlaşdırılmayan və proqnozlaşdırılan risklərə məruz qala biləcəyini və bu risklərin aradan qaldırılmasını, ən azından onların təsir qüvvəsinin azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməsi məsələlərini gündəmə gətirdilər.

bottom of page