top of page

“İxrac bazarlarında bitkiçilik məhsullarının keyfiyyəti əsas rəqabətlilik əlaməti kimi”

WDQA3798.JPG

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Şakir Quliyev, Mahir Mustafayev, İradə Əliyeva və Fərid Nəbizadə 16 mart 2019-cu ildə Azərbaycan Aqronomlar İttifaqı və “HH Group”un təşkilatı dəstəyi ilə Türkiyə, Rusiya Federasiyası və Hollandiyadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən “İxrac bazarlarında bitkiçilik məhsullarının keyfiyyəti əsas rəqabətlilik əlaməti kimi” adlı elmi-praktiki seminarda iştirak etmişlər. Seminarda “Bitki-mühafizə vasitələrinin və gübrələrin rasional istifadəsi yolu ilə bitkinin və torpağın aqrokimyəvi yükünün azalması və “Tərəvəz toxumlarının keyfiyyət göstəriciləri” mövzuları dinlənilmişdir. Aqronomlar İttifaqının  sədri “HH Qroup”un sədri Hüseyn Hüseynov, Aqronomlar İttifaqının idarə heyətinin katibi Əhməd Əliyev, Rusiya Dövlət Aqrar Universitetinin professoru Evgeniy  İvanoviç Koskin,  Delphy, Niderland Beynəlxalq Baş layihə menegeri ekspert Mink Vermeer, Rusiya Federal tərəvəzçilik elmi mərkəzinin əməkdaşı Fərhad Musayev məruzələrlə çıxış etmişlər. İnstitut əməkdaşları müzakirələrdə çıxışlarla ştirak etmişlər. Sonda iştirakçılara serfikatlar təqdim olunmuşdur.

bottom of page