Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

20190520_125757.jpg

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutu arasında 20 may 2019-cu il tarixdə əməkdaşlıq müqaviləsi imzalanmışdır
Müqavilədə əməkdaşlığın əsas istiqamətləri müəyyən edilmiş və bu istiqamətlər əsasında tərəflər öz üzərinə öhdəliklər götürmüşlər.
 Müqavilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutu direktoru, akademik Vaqif Abbasov tərəfindən imzalanmışdır. 
İmzalanma prosesində akademik Y.Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Hikmət İbrahimov, institutun böyük elmi işçisi Rəna Əsədova, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d Ələmdar Əsgərov, istehsalat üzrə direktor müavini, a.e.ü.f.d. Hikmət Nəsibov, Örtülü sahə laboratoriyasının müdiri, a.e.d. Əlisoltan Babayev, Aqrokimya laboratoriyasının müdiri, a.e.ü.f.d. Şakir Quliyev, Selekiya və toxumçuluq laboratoriyasının müdiri, a.e.ü.f.d. Zibeydə Əliyeva, Emal və saxlama texnologiyaları laboratoriyasının müdiri Məcid Adıgözəlov, Biotexnologiya laboratoriyasının müdiri Şəban Maxsudov, İnteqrir mübarizə texnologiyaları laboratoriyasının müdiri, b.ü.f.d., Mahir Mustafayev, İnformasiya təminatı və elmi nailiyyətlərin tətbiqi şöbəsinin müdiri Səyyarə Məmmədova və başqaları iştirak etmişlər.
Müqavilədə akademik Y.Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutunda sintez olunan boy maddələri, Azofos və Azofos K gübrələri, onların əsasında NPK-dan müxtəlif nisbətdə hazırlanmış maye gübrələr, müxtəlif xəstəliklərə və zərərvericilərə qarşı hazırlanmış pestisidlərin tərəvəz, bostan və kartof bitkiləri üzərində açıq və örtülü sahə şəraitində sınaqdan keçirilməsi, hər iki institut əməkdaşlarının qarşılıqlı maraq doğuran və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
İNKOR MMC-nin Neft Kimya Prossesləri İnstitutu ilə müqaviləsinə uyğun olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun sifarişi əsasında müxtəlif faiz tərkibli, üç qida elementli gübrələrin və mikrogübrələrin  istehsal edilib Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna satılması da nəzərdə tutulmuşdur.  

To play, press and hold the enter key. To stop, release the enter key.

press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom