top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna Respublikanın aqrar sahədə fəaliyyət göstərən sahibkarları səfər etmişdirlər

20190709_10532019.jpg

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna ölkədə aqrar sahədə fəaliyyət göstərən iri istehsalçı sahibkarlar 9 iyul 2019-cu il tarixdə səfər etmişdirlər. İnstitutun direktoru Elmar Allahverdiyev və kollektivi ilə sahibkarların görüşü keçirilmişdir. Görüş zamanı sahibkarlar İnstitutun müasir avadanlıq və cihazlar ilə təchiz olunmuş şöbə və laboratoriyaları, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum satış mərkəzi, modern istixana kompleksi və aparılan işlərin gedişatı ilə tanış olmuşdurlar. İnstitutla sahibkarlar arasında tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsində aparılacaq əməkdaşlıq imkanları müzakirə edilmişdir.     

bottom of page