Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda səfərdə olmuşdur

EAXC1065.JPG

Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Mustafa Sakaldaş 30 avqust 2019-cu il tarixdə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda səfərdə olmuşdur. Onun İnstitutun direktoru Elmar Allahverdiyev ilə görüşü keçirilmişdir. Görüş əsnasında qonaq İnstitutun fəaliyyət istiqamətləri, aparılan tədqiqat işləri və əldə olunan nailiyyətlər haqqında məlumatlandırılmışdır. Tərəvəzlərin saxlanması üzrə mütəxəssis İnstitutun müasir avadanlıq və cihazlarla təchiz olunmuş laboratoriyaları, yeni qurulan toxum saxlanma anbarları ilə tanış olmuş və müvafiq tövsiyyələrini vermişdir. İki qurum arasında gələcəkdə əməkdaşlıq ediləcək fəaliyyət istiqamətlərinə dair məsələlər müzakirə edilmişdir.  

To play, press and hold the enter key. To stop, release the enter key.

press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom
press to zoom