top of page

Şəmkirli fermerlər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib

x730IYxlSLxv74F9wxWIotH6QxG0C9n2geAnoby8

Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbərliyinin və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə Şəmkir rayonundan olan fermerlər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib. Səfər zamanı Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbəri Elçin Zeynalov, Şəmkir DAİM-in əməkdaşları və fermerlər Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və kollektivi ilə görüşüb.

Görüş çərçivəsində Şəmkir DAİM-in əməkdaşları, fermerlər institutun yeni yaradılmış inzibati laboratoriya binasında yerləşən müasir avadanlıq və cihazlarla təchiz olunmuş şöbə, laboratoriyalar, o cümlədən toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum saxlanma anbarı, toxum satış mərkəzi, eləcə də 6,14 hektarlıq müasir istixana komleksi və burada görülən işlərlə tanış olublar.

Sonra tərəvəz, bostan və kartof bitkilərinin müasir seleksiyası, toxumçuluğun təşkili, səmərəli becərmə texnologiyası, bitkilərdə xəstəlik və zərərvericilər ilə inteqrir mübarizə yolları və digər məsələlərə dair fermerlərlə müzakirələr aparılıb, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuilə tanış olan fermerlər elmi-tədqiqat işlərinin muasir səviyyədə aparılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

bottom of page