top of page

Xaçmaz DAİM-də “Növbəli əkin sisteminin məhsuldarlıqda və orqanik məhsulların istehsalında əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

IMG_4860-29-04-19-10-00.JPG

Təşkilatçı qurumlardan biri kimi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə 26 aprel 2019-cu il tarixdə Xaçmaz DAİM-də “Növbəli əkin sisteminin məhsuldarlıqda və orqanik məhsulların istehsalında əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Xaçmaz DAİM-in sədri Azər Haqverdiyev açaraq tədbir iştirakçılarını salamladı. Konfransda Tərəvəzçilik Elmi-Tədqiqat institutunun elm və istehsalat işləri üzrə direktor müavinləri Ələmdar Əsgərov və Hikmət Nəsibov, İnformasiya təminatı və elmi nailiyyətlərin tətbiqi şöbəsinin baş mütəxəssisi Ruslan Həsənov, İnstitutun Qusarçay Bölgə-Zona Təcrübə Stansiyasının direktoru Alimşah Mirzəyev və stansiyanın digər əməkdaşları, fermerlər iştirakiştirak etmişdirlər. İnstitutun elmi işlər üzrə direktor müavini Əlamdar Əsgərov və Qusarçay Bölgə-Zona Təcrübə Stansiyasının direktoru Alimşah Mirzəyev məruzələrlə çıxış etmişdirlər və mövzu ilə əlaqədar iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırmışdır. 
Konfransda əkin sahələrindən istifadə etməklə torpaq münbitliyinin artırlması və becərillən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi istiqmətində aparılan aqrotexniki tədbirlər çərçivəsində növbəli əkinlərin tətbiqinin xüsusi əhəmiyyətindən bəhs edilmişdir. Növbəli əkin sisteminin tətbiqi nəticəsində torpağın münbitliyinin artması, becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsi və heyvandarlıqda yem bazasının möhkəmlənməsinə dair müzakirələr aparılmışdır.
Sonra tədbir iştirakçılarının Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay Bölgə-Zona Təcrübə Stansiyasının tərəvəz təcrübə-əkin sahələrinə səfəri təşkil olunmuşdur.

bottom of page