top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 15 fevral 2019-cu il tarixdə ötən ilin yekununa dair hesabat dinlənildi.

IMG_2941.JPG

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 15 fevral 2019-cu il tarixdə ötən ilin yekunlarına dair Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Tariyel Pənahovun iştirakı ilə yekun hesabat dinlənildi. İnstitutun direktoru Elmar Allahverdiyev çıxışında  başa vurduğumuz  ildə İnstitutda görülən işlər,qazanılan uğurlar  barədə ətraflı məlumat verərək, ümumilikdə 2018-ci ilin İnstitutun kollektivi üçün həm məsuliyyətli, həm də uğurlu il olduğunu qeyd etdi.Direktor müavini Ələmdar Əsgərov hesabat ilində İnstitutun təsdiq edilmiş mövzu planı barədə etraflı məlumat verdi.

Bu ildə həm İnstitutun yeni, müasir inzibati binası həm də yeni istixana kompleksi tikilərək kollektivin istifadəsinə verilmişdir. İnstitutun əməkdaşları həm qəbul edilmiş mövzu planı üzrə açıq sahədə tədqiqat işlərini davam etdirmiş, həm də istixanada müxtəlif  tərəvəz və kartof bitkilərinin toxumçuluğu ilə məşğul olmuşdurlar.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktorunun müavini Tariyel Pənahov iclasa yekun vuraraq hesabatın qəbul olduğunu qeyd etdi.

bottom of page