Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə AqroBioEkoTex MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalamışdır

20190905_121140.jpg

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə AqroBioEkoTex MMC şirkəti arasında 05 sentyabr 2019-cu il tarixdə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Tədbiri İnstitutun İdarə Heyətinin Sədri Elmar Allahverdiyev giriş nitqi ilə açmışdır. Sonra AqroBioEkoTex MMC şirkətinin direktoru ƏliBala Əli-Zadə və meneceri Elmar Əli-zadə şirkətin fəaliyyəti və istehsal olunmuş məhsulları haqqında məlumat vermişdirlər. Tədbir zamanı faydalı bakteriyalar və göbələklər ilə respublikada becərilən prioritet tərəvəz, bostan və kartof bitkilərinə dair innovasiya yönümlü birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılmasına aid məsələlər ətrafında müzakirələr aparılmışdır. 

To play, press and hold the enter key. To stop, release the enter key.