
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Xəzər Universiteti
arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında müqavilə bağlanmışdır

Xəzər Universitetinin rektoru, Dr. İradə Xəlilovanın rəhbərlik etdiyi nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşdurlar. Müasir dövrdə elm və təhsil arasında qarşılıqlı əlaqə prinsipilərinə uyğun olaraq elmi-tədqiqat sahələrində birgə fəaliyyət göstərmək məqsədi ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Xəzər Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilənin əsas istiqaməti İnstitutun alim və mütəxəssisləri ilə Universitetin, müəllim, tələbə heyətləri arasında elmin və təhsilin yaxşılaşdırılmasını, qarşılıqlı əlaqə, tədqiqat və əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləməkdir.
Səfər çərçivəsində qonaqlar İnstitutun istixanalarında, Aqrobiotexnologiya,Bitki-mühafizə, Funksional Analizlər, Emal, saxlama və keyfiyyət laboratoriyasında laboratoriyalarında olmuş, burada quraşdırılmış cihaz və avadanlıqlar barəsində, həmçinin aparılan elmi-tədqiqat işləri , TETİ-yə məxsus sortların texnoloji xüsusiyyətləri, saxlanmaya, daşınmaya davamlılığı, ekoloji təmiz tərəvəz xammalından müxtəlif üsullarla hazırlanmış tərəvəz konservləri, kartof bitkisinin biotexnoloji üsulla çoxaldılması üsulları və bitkilərin virus xəstəliklərinin təyin olunması və digər proseslər haqqında ətraflı məlumat almışdırlar.















