Doğu Akdeniz Tarımsal Araştırmalar İnstitutunun əməkdaşı  Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna səfər etmişdir

Türkiyə Respublikasının Adana şəhərindəki Doğu Akdeniz Tarımsal Araştırmalar İnstitutunun əməkdaşı doktor Gönül Cömertpayla 11 sentyabr 2019-cu il tarixdə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna səfər etmişdir. İnstitutun idarə heyətinin sədri Elmar Allahverdiyev beynəlxalaq ekspertə institutun təşkilati strukturu, tədqiqat prioritetləri, yeni yaradılmış tərəvəz bitki sortları, onların üstünlükləri haqqında ətraflı məlumat vermişdir. Xanım Gönül Cömertpay təmsil etdiyi İnstitutun elmi istiqamət və fəaliyyətlərinə, Tərəvəzçilik institutunun Türkiyədə fəaliyyət göstərən müvafiq institutlar ilə əməkdaşlığın və genetik materialların mübadiləsinin zəruriliyinə toxunmuşdur.Hər iki İnstitut arasında birgə elmi-tədqiqat işlərinin prespektivləri imkanları nəzərdən keçirilmişdir.Sonda beynəlxalq ekspert və onu müşaiyət edən nümayəndə heyəti Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun müxtəlif təyinatlı laboratoriyaları, onların fəaliyyətləri ilə yaxından tanış olmuşdurlar.

To play, press and hold the enter key. To stop, release the enter key.