Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda  “Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda təlim keçirilmişdir.

IMG_7521-12-09-19-02-16.JPG

09 sentyabr 2019-cu il tarixdə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda  Əkinçilik Elmi Tədqiqat, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitututlarının əməkdaşlarının iştirakı ilə “Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu" mövzusunda təlim keçirilmişdir.
Təlimin məqsədi Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Publik hüquqi şəxs statusu almaqla yenidən təşkil olnmuş Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun nümunəsində adı çəkilən institutların da bu yolla yenidən təşkil olunması məsələsinin müzakirəsi idi. Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin əməkdaşı Günel Ələkbərli təlimin mövzusu üzrə bu qanunun tətbiq dairəsi, istifadə edilən anlayışlar, publik hüquqi şəxsin fəaliyyəti, publik hüquqi şəxsin yaradılması, publik hüquqi şəxsin hüquq qabiliyyəti, publik hüquqi şəxsin nizamnaməsi, publik hüquqi şəxsin əmlakı, idarəçilik, publik hüquqi şəxsin yenidən təşkili və ləğvi haqqında məlumat verərək, iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

To play, press and hold the enter key. To stop, release the enter key.