top of page

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında layihə çərçivəsində görüş keçirilib

56bc43c5-1760-4814-9f2d-770ed2c0cc8c.JPG

AMEA Yüksək Texnologiyalar Parkında keçirilən görüşdə “Pilotsuz uçuş aparatları(dronlar) ilə xəstəlik və zərərvericilərin sahələrdə öyrənilməsi və monitorinqi” layihəsinin icrası ilə bağlı ilkin müzakirələr aparılıb.Görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İnstitutunun İdarə heyətinin sədri Elmar Allahverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Yüksək Texnologiyalar Parkının direktoru, t.e.d., professor Elton Məmmədov ilk öncə rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Qabaqcıl texnologiyaların bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da tətbiqinin vacibliyini vurğulayan Elton Məmmədov birgə fəaliyyətin hər iki qurum üçün uğurlu olacağını bildirib. Direkor, həmçinin kənd təsərrüfatının inkişafına dövlət qayğısından da söz açıb.
Daha sonra AMEA Yüksək Texnologiyalar Parkının Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər haqqında görüş çərçivəsində geniş məlumat verib.Qonaqlar dronlar və onların istehsal prossesi ilə yaxından tanış olublar.

bottom of page