top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda beynəlxalq seminarın keçirilməsinə start verildi

6e50bde1-c803-4e9f-99a2-d84bd7d0fa82.JPG

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Mərkəzi Asiya kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində xarici ekspert, Avropa Konservasiyalı Kənd Təsərrüfatı Federasiyasının baş katibi Emilio Qonzales tərəfindən “Konservasiyalı əkinçilik” mövzusunda konservasiyalı əkinçiliyin prinsipləri və faydalarına dair 11-15 noyabr tarixində davam edəcək seminar öz işinə başladı. Seminarı İnstitutun İdarə heyətinin sədri Elmar Allahverdiyev açıq elan edərək seminarın gedişatına uğurlar dilədi. Seminarda xarici ekspert konservasiyalı əkinçiliyin davamlı mexanizayası və əsas maraqlı tərəflər, konservasiyalı əkinçilikdə pestisidlərin davamlı idarə edilməsi, konservasiyalı əkinçiliyin ekoloji aspektləri, ətraf mühitə təsirin qiymətləndirilməsinə dair təqdimatlarla çıxış edəcəkdir. Seminarda Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi, AMEA Genetik Ehtiyatlar İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak edir.

bottom of page