top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yemişin dequstasiyası keçirilmişdir

_Z2I9042.jpg

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 25 iyul 2019-cu il tarixdə yemiş bitkisinin yeni yaradılmış 5 sort və 1 F1 hibridinin meyvələrinin dequstasiyası keçirilmişdir. Keçirilmiş tədbirdə meyvələrin dad keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Abşeron DAİM-in, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, həmçinin İnstitutun alim və mütəxəssisləri, gənc elmi işçiləri iştirak etmişdir. İştirakçılar tərəfindən meyvələr dequstasiya olunaraq dad keyfiyyəti qiymətləndirilmişdir. Qiymtləndirmə nəticəsində yemişin yeni yaradılmış hər bir sortnümunəsi 5 bal sisteminə uyğun olaraq müxtəlif əlamətlər üzrə fərqləndirilmişdir. Tədbirin təşkilatçılığı qiymətləndirməni həyata keçirən iştirakçılar tərəfindən yüksək səviyyədə bəyənilmişdir. 

bottom of page