Səmərəli əməkdaşlığın “təməli” atıldı
Azərbaycan Toxumçular Assosiasiyası İdarə Heyətinin 01.08.2019-cu il tarixdə növbəti iclası keçirilmişdir. Tədbirdə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs ilə Assosiasiya arasında əməkdaşlıq məsələləri müzakirə olunmuş, İnstitutun tərəvəz toxumu istiqamətində respublikada önəmli yer tutduğu vurğulanmışdır. İnstitutun direktoru Elmar Allahverdiyev tərəvəzçilik sahəsində görülən işlər, aparılan tədqiqatlar barədə geniş məlumat vermişdir. Assosiasiyanın sədri Afər Hacıyev söz alaraq iki qurum arasında əməkdaşlığın vacibliyini, gələcək perspektivləri, toxumçuluğun inkişafı istiqamətində birlikdə yüksək nailiyyətlər əldə etməyin mümkün olduğunu iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Yekunda Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsinin Assosiasiyanın işində yaxından və aktiv iştirakını dəstələmək, əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsini təmin etmək məqsədilə Elmar Allahverdiyevin Assosiasiyanın sədr müavini təyin edilməsi məsələsi İdarə Heyəti üzvlərinə təqdim olunmuş və səsçoxluğu ilə qəbul edilmişdir.