Kürdəmir və Ucar DAİM-də “Tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” və “Xəstəlik və zərərvericilərə qarşı mübarizə” mövzularında təlim seminarları keçirilmişdir.

IMG_20190521_120307.jpg

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 21-22 may 2019- cu il tarixlərində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru Əli İbrahimov tərəfindən fermerlərə Kürdəmir və Ucar DAİM-də “Tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” və “Xəstəlik və zərərvericilərə qarşı mübarizə” mövzularında təlimlər seminarı keçirilmişdir.
Təlimlərdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun müasir ştilxana kompleksi, burada aparılan elmi-tədqiqat işləri ilə bağlı məlumatla yanaşı, müasir istixanalarda şitil yetişdirilməsi üçün görülən işlər, şitilxanada mikroiqlim (istilik, rütubət və sairə) şəraitinin nizamlanması, istixananın şitilə olan təlabatının hesablanması, tələb olunan şitilə uyğun şitillik sahəsinin müəyyən edilməsi, şitillik sahəsinin səpin üçün hazırlanması: ləklərin düzəldilməsi, dibçəklərin tədarükü və qidalı torpaq qarışığının (substrat) hazırlanması, toxumların səpinə hazırlanması: toxumlaın seçilməsi, səpin normasının müəyyən edilməsi, toxumun dərmanlanması, toxumun şitilliyə səpini, becərmə dövründə şitillərə qulluq qaydaları: suvarma, gübrələmə və xəstəlik və zərərvericilərə qarşı mübarizə, hazır şitillərin çıxarılması və əkin üçün hazırlanması və digər məsələləri özündə əks etdirən təqdimatla çıxış etdim. Təlim 2 saat müddətində davam etdi və iştirakçıların çoxsaylı sualları cavablandırılaraq yekunlaşdı. 
Təlimlərin sonunda Kürdəmir və Ucar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərliyi tərəfindən fermerlərə keçirilən təlimin əhəmiyyəti xüsusi vurğulanaraq, gələckdə də bu cür təlimlərinin keçirilməsinin, həmçinin İnstitutun müasir maddi-texniki bazasından istifadə imkanlarının yaradılmasının vacibliyi vurğulandı.

To play, press and hold the enter key. To stop, release the enter key.