top of page

FAO-nun beynəlxalq eksperti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər etmişdir.

20190926_155053.jpg

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” adlı regional layihəsi çərçivəsində FAO-nun Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Toxum istehsalı haqqında biliklərin artırılması” mövzusunda təlim çərçivəsində 26 sentyabr 2019-cu il tarixdə FAO-nun beynəlxalq eksperti Bahromiddin Hüseynov, elmi-tədqiqat institututlarının, təcrübə stansiyalarının, regional aqrar elm mərkəzinin və eləcə də toxum xidməti üzrə dövlət qurumlarının əməkdaşları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər etmişdir. Beynəlxalq ekspert və onu müşayiət edən nümayəndə heyəti İnstitutda müasir avadanlıqlarla təhciz olunmuş müxtəlif təyinatlı laboratoriyaları, toxum emalı məntəqəsi, istixana kompleksi və onların fəaliyyətləri ilə yaxından tanış olmuşdurlar. 

bottom of page