Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Anım tədbiri şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İnstitutun İdarə heyətinin sədri Elmar Allahverdiyev çıxış edərək qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixinin ən qanlı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Dayaqları çürüyüb laxlamış imperiya bununla xalqımızı qorxudub öz ömrünü bir qədər də uzatmağa çalışırdı. Bunun üçün o, müxtəlif üsullara əl atırdı. 20 Yanvar qırğını da bu üsullardan biri idi.Lakin xalqımız azadlıq və müstəqillik yolunda hər şeyə hazır olduğunu bir daha sübut etdi.Bu baxımdan 20 Yanvar yaxın tarixmizin qanlı faciəsi olmaqla yanaşı, həm də qəhramanlıq salnaməsi, müstəqillik savaşının başlanğıcıdır.
Daha sonra çıxış edən əməkdaşlar şahidi olduqları Qanlı 20 Yanvar gecəsindən danışdılar və şəhidlərimizin ruhuna dualar etdilər.

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png
46f753e7-e94d-42c0-b4ff-628f6b18185f