top of page
biber 1.jpg

Azərbaycan şəraitində bibər bitkisi suvarılan torpaqlarda şitil üsulu ilə becərilir. Suvarılmayan və suyu çatışmayan torpaqlarda bibər bitkisi çox pis böyüyür və əmtəəlik məhsul vermir.

 

Bibərdən yüksək məhsul (hər hektardan 400-500 sentner) almaq üçün onu münbit, qida elementləri ilə, xüsusilə, azotla zəngin torpaqlarda əkmək lazımdır. Bibəri şorlaşmış və ağır gilli torpaqlarda əkmək olmaz. Bibər bitkisi su altında qalmaqdan çox ziyan çəkir, hətta qısamüddətli subasmaya dözmür.

Bibər bitkisinin istiliyə, torpağın nəmliyinə, intensiv qida rejiminə yüksək tələbatı vardır, onun münbit suvarılan torpaqlarda yerləşdirilməsi vacibdir.

Növbəli əkin sistemində onun əsas sələf bitkisi kələm, xiyar, tərəvəz noxudu, çoxillik otlar, soğan və  bostan bitkiləridir.

Torpağın hazırlanması

Payızdan 27-30 sm dərinlikdə şum edilməsi ilə başlayır. Yazda həmin sahələr təkrar şumlanır, malalanır, cərgələr və suvarma kanalları açılır. Bibər bitkisinin düzgün inkişafı üçün yaxşı hazırlanan strukturu yüngül, üzvi və mineral maddələrlə zəngin torpaq  olmalıdır. Azotun çatışmaması bitkiyə mənfi təsir göstərir, yarpaqları əvvəlcə parlaq olur, sonralar isə sarı-qonur rəng alır. Torpağa azotlu gübrələr vaxtında verilmədikdə yarpaqlar tökülür, bitkilər zəifləyir və az məhsul verir. Bitkilərə azotlu gübrələri həddindən artıq vermək də məsləhət görülmür, çünki belə halda bitkinin böyüməsi sürətlənir, bu isə bitkinin barvermə qabiliyyətini zəiflədir.

Bibər bitkisinin körpə ikən  fosforlu gübrələrlə təmin edilməsi daha yaxşı nəticə verir. Torpaqda fosforlu birləşmələrin azlığı və ya çatışmaması, qönçələrin tökülməsinə və əmələ gəlmiş meyvələrin pis inkişaf etməsinə səbəb olur.

Kalium gübrələri bitki orqanizmində sulu karbonları daha çox əmələ gətirməklə, onu göbələk xəstəliklərinə qarşı davamlı edir. Kaliumlu birləşmələrin çatışmaması bitkilərin böyüməsini ləngidir. Yarpaqların kənarında və səthində, eləcədə meyvələrdə qəhvəyi rəngli ləkələrin əmələ gəlməsi üçün şərait yaradır, yarpaqlar içəriyə doğru bükülür, sonra isə quruyur.

Gübrələnməsi

Bibər bitkisi əkilən sahələrə 20 ton cürümüş peyin, hektara Abşeron şəraitində N150-180kq, P120-180kq, K90–120kq, Xaçmaz zonasında N120-150kq, P120-150kq, K60–120kq, Lənləran zonasında N120-150kq, P120-150kq, K90–120kq verilməlidir.

Peyinin 70-80%-ni əsas şum altına, 20-30 %-ni isə şitil əkilərkən verilməsi məsləhətdir. Fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-ni şitil sahəyə əkiləndən 15-20 gün sonra, 30%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələ gətirmə dövründə vermək lazımdır.

Toxumun səpinə hazırlanması

Şitil yetişdirmək üçün toxumlar yarıisti şitillikxanalara martın əvvəlində səpilir. Bir şitilliyin çərçivəsi altına cərgələrlə, yaxud dağınıq üsulla 18-20q toxum səpilir. Cücərtilər alınandan sonra 45-50 gün müddətində şitil yetişir. Toxumu səpinə yaxşı hazırlamaq, yüksək məhsul əldə etməyin rəhnidir. Belə ki, əksər xəstəliklər toxum vasitəsilə torpağa, oradan da bitkiyə keçir. Fermerlər rayonlaşmış sortların yüksək reproduksiyalı toxum materialından istifadə etməlidirlər. Toxum materialı səpindən qabaq qarışıqlardan təmizlənməli, sonra isə dərmanlanmalıdır. Göbələk xəstəliklərinə qarşı səpindən qabaq toxumlar Tiram tərkibli preparatlardan biri ilə dərmanlanır.

Şitilin yetişdirilməsi

 Bol məhsulun əldə edilməsi sağlam şitildən asılıdır. Tərəvəzçilik bölgələrində şitillər əsasən parniklərdə və polietilen örtüklü istixanalarda yetişdirilir.

Faraş məhsul əldə etmək üçün şitillər 55-60 gün ərzində becərilir. Optimal müddətdə aparılmış səpində 1 m2-ə 8,0-12q toxum sərf olunur. Cücərtilərin əmələ gəlməsinə qədər temperatur 23-250C-də saxlanmalı, cücərtilər əmələ gəldikdən sonra gündüzlər temperatur 15-170-C, axşamlar 12-140C olmalıdır. Sonralar isə 20-220C həddində saxlamaq tövsiyə olunur. Belə şəraitdə toxumlar 7-10 günə çıxış verir. Cücərtilərdə 1-2 həqiqi yarpaqlar əmələ gəldikdən sonra yemləmə aparılır (10 l suya 8-10q azot, 15 q fosfor, 15 q kalium qatılıb çilənir), 1 həftədən sonra II yemləmə həmin qayda ilə aparılır. Yemləmədən sonra şitillər təmiz su ilə yaxşı yuyulmalıdır. Əkinə 3-5 gün qalmış şitillik daim havalandırılmalıdır.

Əkin

 Şitilin açıq sahəyə köçürülməsinin ən yaxşı vaxtı gecikmiş yaz şaxtaları qorxusunun sovuşduğu və torpağın temperaturunun 140C-dən yuxarı olduğu müddətdir. Respublikanın cənub rayonları üçün bu müddət aprelin ikinci yarısı, şimal rayonları üçün isə mayın əvvəlidir. Səpin və əkin müddətləri aşağıdakı kimidir:

Lənkəran zonası səpin 1-10. II, əkin 1-10. IV;

Xaçmaz zonası səpin 10-15.III, əkin 20-30.IV;

Abşeron zonası səpin 20-30. III, əkin 5-10.V.

Əkinə hazır  şitillərin hündürlüyü 10-15 sm olmalıdır.

Şitillərin cərgəvi üsulla 70×35 sm sxemdə əkilməsi əlverişlidir. Bibər əkilən sahə vaxtlı-vaxtında becərilməli, alaqdan təmizlənməli və suvarılmalıdır. Bitkilərə əlavə yemləmə gübrələri verilməli, onların dibi yumşaldılmalı, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə aparılmalıdır.

Bibər bitkisi üçün suvarmanın böyük əhəmiyyəti var. O, rütubət sevən bitki olub, qısa müddətli quraqlığa belə dözmür, çünki kök sistemi torpağın üst qatlarında yerləşir, ona görə də yay aylarında bibərin vaxtaşırı suvarılması məhsuldarlığı artırır. Şitillərin SKN-6, SKN-6A şitil əkən maşınla da aparılması mümkündür.

Bibər bitkisinin xəstəlik və zərərvericiləri

 Ümumiyyətlə, bibər bitkisi xəstəliklərə qarşı davamlıdır. Lakin bir neçə il ardıcıl olaraq eyni sahədə becərilərsə fuzarioz soluxmasına sirayətlənə bilər. Belə bitkilərin bütün gövdə boyu və yan budaqlarının qabıqaltı hissəsi qəhvəyi rəngdə olur, yarpaqları ölgünləşir, xəstə bitkilər məhsul vermir. Xəsətəliyə əsasən, avqustda, havalar isti və quru olduqda daha çox meylli olur. Xəstəliyə qarşı ən əsas mübarizə tədbiri düzgün aqrotexnikanın tətbiq olunmasıdır. Şitil sıx, torpaq isə həddindən çox rütubətli və isti olmamalıdır. Yığımdan sonra bitki qalıqları yığılıb məhv edilməli, ardıcıl olaraq eyni sahədə becərilmə aparılmamalıdır.

Bibərin digər xəstəlikləri də (qara kif, təpə cürümə, sulu selikli, cürümə) cox yüksək temperaturda, xüsusilədə torpaqda nəmlik lazımi səviyyədən aşağı olduqda artır və xəstəlik bitkini məhv edir.

Bunlara qarşı əsas mübarizə tədbiridə yuxarıda göstərildiyi kimi, toxumları dərmanlamaq, növbəli əkin sisteminə riayət etmək, xəstələnmiş meyvələri yığıb sahədən çıxartmaq, bitki qalıqlarını məhv etməkdən ibarətdir.

Bibərin toxumluq üçün saxlanılan bitkilərinə edilən aqrotexniki qulluq işləri, ümumi aqrotexniki tədbirlərdən fərqlənmir. Lakin bu məqsədlə əkilən bitkilərdə bütün becərilmə dövrü ərzində (cücərtidən meyvələrin bioloji yetişmə dövrünə qədər) xəstə, inkişafdan geri qalmış bitkilər və meyvələr çıxarılıb məhv edilir.

Şirin və acı bibər meyvələri arasında tozlanma prosesi getdiyi üçün onları bir sahədə əkmək olmaz, mütləq 1000 və 2000 m ərazidə izolyasiya olmalıdır. Toxumluq meyvələri yetişəndən 30-40 gün sonra tam bioloji yetişkənliyə çatdıqdan sonra dərmək lazımdır. Toxumluq məhsul çox olarsa SM-15 markalı toxum təmizləyən maşından istifadə etmək olar.

Badımcan və bibər bitkisinin zərərvericiləri,  xəstəlikləri, onlarla mübarizə tətbirləri

  

Zərərvericilərə qarşı mübarizə  tədbirləri

Zərərli obyektin adı

Əlamətləri

Sirayətlənmə vaxtı

Kimyəvi mübarizə

Bioloji mübarizə

Ənənəvi üsullar

Mənənələr

Sirayətlənmiş yarpaqlar qıvrılır, güclü zədələndik-də tökülürlər

Bütün mövsüm

Konfidor,

 

Mospilan, Aktara və s.preparat-larla

Fitoverm

Bitkilərin süd və ya soğan qabığından hazırlanmış məhlulla çilənməsi

Məftil qurdları

Bitkilər inkişafdan qalır

Bütün  mövsüm

Cərgələr arasına Bazudin preparatı-nın səpilməsi

Kartofdan hazırlanmış aldadıcı yemlə məftil qurdlarının yığılması

Alaq otları ilə mübarizə və bütün sahənin şumlanması

Danadişi

Torpaq danadişi-nin yuvaları ilə şumlanmışdır

Bütün  mövsüm

-“-

Regent pre-paratı əlavə etməklə buğda və günəbaxan yağın-dan  aldadıcı yemin hazır-lanması

10 litr suya 50q kreolin əlavə etməklə hazırlan-mış məhlulla zərərveri-cini çəkindirmək (otpuqivanie)

Kolorado böcəyi

Bağımcan  yar-paqlarının zədələnməsi

Mayın əvvəlləri

Konfidor, Arrivo, Karate Zeon və s.

Fitoverm

Sürfələr əmələ gələnə qədər kollarin qovaq yarpaqlarından

 

hazırlanmış məhlulla çilənməsi

 

Sovkalar

Gövdəni gəmirir, sonra meyvələrdə dəliklər əmələ gətirir

Bütün mövsüm

-“-

-“-

Qıcqırmış şirəyə kəpənəklərin  cəlb edilməklə tutulması

 

 

 

 

 

 

Xəstəliklərə qarşı mübarizə tədbirləri

Fitoftora

Yarpaqların üst hissəsində boz ləkələr  əmələ gəlir

Yay fəslinin ortaları

Ridomil,

Kurzat,

Akrobat,

Ordan və s.

Xəstəliyin ilkin əlamətləri aşkar edildıkdə Fitosporin

10 litr suya 5 ədəd  trixopolom həbi əlavə edərək, kolların  çilənməsi

Təpə çürümə

Meyvənin yuxarısında sulu ləkələr əmələ gəlir

Yay fəslinin əvvəli

10 litr suda 1qaşiq kalsium şorasi (kalsium nitrat) ilə kollarin çilənməsi

Azot gübrəsindən istifadəyə məhdudiyyət

Torpağın qurumaması üçün mütəmadi

suvarılma aparılmalı

Antraknoz

 

 

Mis və mankozeb tərkibli preparatlar

bottom of page