top of page

Kənd Təsərrüfatı Nazirliyinin DAİM-lərdəki mütəxəssislərinə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən onlayn qaydada təlimlər keçirilmişdir

IMG_9442.JPG

Kənd Təsərrüfatı Nazirliyinin DAİM-lərdəki mütəxəssislərinin xüsusi karantin dövründə mövsümə uyğun peşəkar təlim ehtiyacları 28 və 30 aprel 2020-ci il tarixlərdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Ramil Nəbiyev, İradə Əliyeva, Eldar Mustafayev və Əli İbrahimovun “Müxtəlif tərəvəz bitkilərinə aqrotexniki qulluq işlərinin elmi əsaslarla görülməsi” mövzusunda iştirakı ilə onlayn qaydada təmin edilmişdir. Təlim zamanı müxtəlif bölgələr üzrə tərəvəz bitkilərinin fenoloji təqvimi, yerinə yetirilən aqrotexniki normalar, umumi qulluq işlərinin elmi əsasları izah edilmiş və iştirakçılar tərəfindən verilən suallar İnstitutun mütəxəssisləri tərəfindən ətraflı cavablandırılmışdı

bottom of page