top of page

ELAN!

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsdə Dissertasiya şurasının iclası keçirilib

5 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən BED 3.10   Dissertasiya şurasının iclası keçirilib. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun elmlər doktoru üzrə doktorantı, a.e.ü.f.d., dosent Ələddin Qismət oğlu Eyvazovun 3103.04 - “Seleksiya və toxumçuluq” ixtisası üzrə  “Kartof və badımcan sort nümunələrinin öyrənilməsi, qiymətləndirilməsi və seçilməsi”  mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi məsləhətçisi a.e.d, prof., AMEA-nın müxbir üzvi Zeynal İba oğlu Əkpərovdur.

Sonda Ələddin Qismət oğlu Eyvazovun 3103.04 - “Seleksiya və toxumçuluq” ixtisasında “Kartof və badımcan sort nümunələrinin öyrənilməsi, qiymətləndirilməsi və seçilməsi” adlı dissertasiya mövzusunun aqrar elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.

bottom of page