top of page

TETİ-də kartof toxumçuluğu sahəsində viral, göbələk və bakterial xəstəliklər və onlara qarşı mübarizə üsulları üzrə 4 günlük təlim kursu başlayıb

87446414_1363270920547561_80410604232287

FAO-Azərbaycan Tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda tədqiqatçıların, fermerlərin və özəl şirkət mütəxəssislərinin iştirakı ilə təlimlər davam edir.

Təlimdə bir sıra xarici ölkələrdə təcrübə keçmiş yerli mütəxəssis və FAO-nun ekspertləri iştirak edir. Təlim zamanı iştirakçılar nəzəri biliklər əldə edəcək və Azərbaycanda bu istiqamətdə daha çox təsadüf edilən problemlərlə tanış olacaqlar.

Təlimin məqsədi kartof bitkisinin əsas virus və bakterial xəstəlikləri və onlara qarşı mübarizə üsullarına dair iştirakçıların məlumatlandırılmasıdır.
Təlimi Tərəvəzçilik İnstitutunun mütəxəssis heyəti həyata keçirir

footer-logo-az.png

(C)Bütün hüquqlar qorunur

Saytın hazırlanması: birsayt.az

bottom of page