“Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi doktoranturaya fəlsəfə doktoru proqramı üzrə büdcə hesabına 2024-cü il üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbul edir.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər 16 aprel 2024-cü il tarixindən başlayaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Sənəd qəbulu üçün son tarix: 16 may 2024-cü il
DOKTORANTURAYA QƏBUL ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏR TƏLƏB OLUNUR.
-
Fotoşəkil (6 x 9 sm ölçüdə);
-
Şəxsiyyəti təsdiq edən sənədin surəti
-
Kadrların şəxsi-uçot vərəqəsinin surəti;
-
Tərcümeyi-halın surəti;
-
İş yerindən xasiyyətnamənin surəti (İşsizlər üçün məşğulluq mərkəzindən arayış);
-
İş stajı olanlar üçün əmək kitabçasının təsdiq olunmuş surəti;
-
Seçdiyi ixtisas üzrə dərc olunmuş elmi əsərlərin təsdiq olunmuş siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
-
Ali təhsil haqqında diplomun və ona əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
QEYD: Sənədlər PDF, JPG, PNG formatında tələb olunan xanalara yüklənməlidir.
Elmi hissə