top of page

Aqrar inkişaf könüllüləri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşdurlar 

DSC_0146.JPG

Abşeron DAİM-in təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyi Aqrar inkişaf könüllüləri 9iyul 2019-cu il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşdurlar. İlkin olaraq, Könüllülər  İnstitutun müasir avadanlıqlarla təchiz olunmuş şöbə və laboratoriyaları və orda aparılan elmi-tədqiqat işlərinin gedişi ilə tanış olmuşdurlar. Sonra İnstitutun damcı suvarma sistemi ilə təşkil olunmuş təcrübə sahələrində görülən işləri yaxından müşahidə etmiş və onları maraqlandıran məsələlərlə bağlı suallar vermişdirlər. Aqrar könüllülər sonda açıq sahədə “Seleksiya və toxumçuluq” şöbəsinin əməkdaşlarının qoyduğu təcrübələrə baxmışdırlar. Burada institutun əməkdaşlarına müxtəlif tərəvəz növlərinin seleksiyası ilə əlaqədar çoxsaylı suallar vermişlər. Görüş AzTV əməkdaşları tərəfindən lentə alınmışdır.

bottom of page