top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə Moskva şəhərində keçirilən konfransda iştirak etmişdir 

LBRQ6450.JPG

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Kartofçuluq şöbəsinin müdiri Ağaməhəmməd Alosmanov Koreya Respublikasının Səfirliyi yanında fəaliyyət göstərən Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə 9 iyun 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində “Kənd təsərrüfatı üzrə dialoq” (Agricultural Business Dialogue) mövzusunda keçirilmiş konfransda iştirak etmişdir. 
Konfransda A.Alosmanov son illər Azərbaycanda kənd təsərraftında baş verən dinamik inkişaf, kənd təsərrüfatına dövlətin xüsusi diqqəti, ölkənin kənd təsərrüfatının inkişafına dair Strateji Yol xəritəsinin məqsədi, İnstitutda həyata keçirilən layihələr haqqında təqdimatla çıxış etmişdir. Təqdimat konfrans iştirakçıları tərəfindən çox maraqla qarşılanmışdır. Uğurlarımız Koreya və Rusiya nümayəndələrini təəccübləndirmişdir. Rəsmi çıxışlardan sonra A.Alosmanov ilə konfrans iştirakçıları arasında müzakirələr aparılmış və onlar Azərbaycan ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirmişlər. Tədbirin davam etdiyi 2 gün ərzində A.Alosmanov Koreyanın 22 şirkətinin nümayəndələri ilə ayrı-ayrılıqda görüşmüşdür və hər bir şirkətin istehsal etdiyi məhsullarla ətraflı tanış olmuşdur.

bottom of page