top of page

PREZİDENT İLHAM ƏLİYEV TƏRƏVƏZÇİLİK ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN AÇILIŞINDA İŞTİRAK EDİB

1548323693_4282789.jpg

Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident İlham Əliyev institutun binasının rəmzi açılışını bildirən lenti kəsib.

bottom of page