top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda Elmi-texniki Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

72472942_716311105509279_351996635038456

Bu gün Özbəkistan Respublikasının Tərəvəz, bostan və kartof bitkiləri elmi-tədqiqat institutunun direktoru Rustam Nizomovun, Daşkənd Dövlət Aqrar Universiteti Beynəlxalq Əlaqələr şöbəsinin mudiri Adilov Sanjarın, Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Özbəkistan Respublikasının Toxumçuluq üzrə İnkişaf Mərkəzinin direktoru Şodmon Namazovun və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə heyətinin sədri Elmar Allahverdiyevin şəxsində Elmi-texniki Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
İmzalama mərasimində İnstitutun əməkdaşları da iştirak etmişlər. Mərasimdən sonra Özbəkistanlı qonaqlar İnstitutun yeni tikilmiş inzibati binası, laboratoriyaları və istixanalarda müasir texnologiyalar əsasında həyata keçirilən əkin işləri ilə yaxından tanış olmuş, burada yaradılan şəraitdən və görülən işlərdən son dərəcə məmnun qaldıqlarını bildirmişlər. Sonda qonaqlar İnstitutun kollektivi ilə xatirə fotosu çəkdirmişlər.

bottom of page