Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Almaniyalı ekspert tərəfindən beynəlxalq seminarın keçirilməsinə start verildi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Mərkəzi Asiya kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində Almaniyanın Bonn Universitetinin nəzdində fəaliyyət göstərən Bitkiçilik və Ehtiyatların Mühafizəsi İnstitutunun Bağçılıq şöbəsinin professoru Nazim Gruda tərəfindən “İstixanaların idarə olunması” mövzusunda istixanalar və onların faydalarına dair 02-06 dekabr 2019-cu il tarixdə davam edəcək seminar öz işinə başladı. Seminarı İnstitutun İdarə heyətinin sədr müavini Əsgərov Ələmdar açıq elan edərək seminarın gedişatına uğurlar dilədi. Seminarda xarici ekspert istixana şəraitində bitkilərin davranışı və davamlı əkin, istixanalarda tərəvəzlərin davamlı becərilməsi, tərəvəz şitillərinin hazırlanmasına dair təqdimatlarla çıxış edəcək. Seminar iştirakçılarına bitki fiziologiyası, suvarma və sudan istifadədə səmərəllik, xiyar yetişdirilməsində davamlı intensivləşmə, gübrələr, qidalandırıcı məhlul, istixanalarda kahı becərilməsi, torpaqsız kulturalar, açıq və qapalı sistemlər, yetişdirmə vasitələri, pomidor yetişdirilməsi, tərəvəz şitillərinin istehsalı və yemiş yetişdirilməsinə aid biliklər aşılanacaq. Aidiyyəti mövzular üzrə qrup işləri aparılacaq və sonda təlimin qiymətləndirilməsi prosesi həyata keçiriləcək. Seminarda Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi, AMEA Genetik Ehtiyatlar İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak edir.

logo_teti_düzenlendi.png

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu

Publik hüquqi şəxs

  • Facebook
  • Instagram

Faydalı linklər

Partnyorlarımız

1.png
3.png
6.png
14.png
agro0.png
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyi
xcvbn_düzenlendi.png
images.png
0c103ce8-d3ae-4482-9fb2-8ec3413b5923