top of page

AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda işgüzar səfərdə olublar

89120787_834896730317382_469799520301167

AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov və əməkdaşları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda işgüzar səfərdə olublar. Görüş zamanı İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev qonaqlara elmi müəssisənin fəaliyyəti, maddi-texniki bazası və yaradılan şərait haqqında geniş məlumat verib. Qonaqlar İnstitutun müasir avadanlıq və cihazlarla təchiz edilmiş şöbə və laboratoriyaları, o cümlədən istixana komleksində aparılan tədqiqat işləri ilə yaxından tanış olublar. Daha sonra Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Mikrobiologiya İnstitutu arasında qurulacaq əməkdaşlıq perspektivləri müzakirə edilib.

bottom of page