top of page

Goranboyda fəaliyyət göstərən fermerlər üçün növbəti seminar keçirilmişdir.

IMG_7157.JPG

“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində Goranboy rayonunda fəaliyyət göstərən fermerlər üçün seminar təşkil edilmişdir. Seminarda Goranboy rayonunun Yolpaq və Faxralı kəndlərində əsasən tərəvəz bitkilərinin becərilməsi ilə məşğul olan 20–dən artıq fermer iştirak etmişdir. Layihə rəhbəri Fərid Abbasov giriş nitqində layihənin komponentləri, görülmüş işlər və planlaşdırılan tədbirlər haqqında fermerlərə məlumat vermiş və seminarda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışmışdır. KT Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun elmi katibi Ramil Nəbiyev yeni yaradılmış tərəvəz bitkilərinin müxtəlif sortları və onların xüsusiyyətləri haqqında fermerlərə geniş məlumat vermiş və İnstitut əməkdaşlarının fermerlərə göstərə biləcəyi xidmətlər diqqətə çatdırmışdır.
Ekspertlər tərəfindən fermerlərin çoxsaylı sualları cavablandırılmış, məsləhətlər verilmiş və növbəti seminarda müzakirə ediləcək mövzular müəyyənləşdirilmişdir.

bottom of page