top of page

AMEA Genetik Ehtiyatlar İnstitutunun nümayəndə heyəti və Türkiyənin Uludağ Universitetinin alimləri  Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşdurlar.

401ca15a-589b-4868-b8b1-1a6c348870cf.JPG

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyənin Uludağ Universitetinin Aqronomluq fakültəsinin alimləri prof., Dr Ahmet İpek və Dr. Sevin Teoman Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşdurlar. İnstitutun İdarə heyətinin sədri Elmar Allahverdiyev qonaqları qarşılayaraq onlara İnstitutun əsas fəaliyyət istiqamətləri haqqında ilkin məlumat vermişdir. Səfər çərçivəsində qonaqlar İnstitutun istixanalarında, laboratoriyalarında olmuş, onlara burada quraşdırılmış cihaz və avadanlıqlar barəsində, həmçinin aparılan elmi-tədqiqat işləri, kartof bitkisinin biotexnoloji üsulla çoxaldılması üsulları, bitkilərin virus xəstəliklərinin təyin olunması və digər aparılan işlər barədə məlumat verilmişdir

bottom of page