top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Meristem və toxuma kulturası uzrə kursun təşkili və intensiv təlimlərin keçirilməsi” mövzusunda elmi-praktik seminara start verildi

IMG_4906.JPG

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması layihəsi çərçivəsində 16-20 dekabr tarixlərində davam edəcək seminar öz işinə başladı.İnstitutun İdarə heyətinin sədri Elmar Allahverdiyev gələn qonaqları və iştirakçıları salamlayaraq seminarın gedişatına uğurlar dilədi. Təlimlər layihənin “Meristem və toxuma kulturası üzrə kursun təşkili və intensiv təlimlərin keçirilməsi” çərçivəsində keçiriləcəkdir.
Təlimin iştirakçıları əsasən İnstitutun müxtəlif bölmələrində çalışan əməkdaşlarıdır və təlim təlim İnstitutun bu sahədə ixtisaslaşmış yüksək səviyyəli mütəxəssisləri tərəfindən ilk dəfə olaraq həyata keçirilir.
Təlim zamanı,dinləyicilər sağlam kartof toxumçuluğu sahəsində biotexnologiyanın tədbiqi,meristem bitkilərə biotik və abiotik amillərin təsiri və toxuma kulturası və onun xəstəliklərdən azad toxum materialının alınmasında rolu mövzuları üzrə yerli təlimçilər Hikmət Nəsibov,Eldar Mustafayev və Mahir Mustafayev tərəfindən maraqlı tədqimatlarla tanış olacaqdır.Müxtəlif səviyyələrdə həyata keçiriləcək təlim fəaliyyətləri sınaq və sağlam toxumluq kartof istehsalına daha nizamlı və kollektiv yanaşma üçün etibarlı əsası təmin edəcəkdir

bottom of page